Raul Bundesliqa klubuna baş məşqçi təyin olunur

Raul Bundesliqa klubuna baş məşqçi təyin olunur

Sabiq ispaniyalı ulduz hücumçu Raul Qonzales Frankfurt "Ayntraxt"ını çalışdıra bilər.

Fanat.Az xəbər verir ki, "Goal.com" artıq tərəflərin əlaqə saxladığını açıqlayıb. "Real"dan ayrılandan sonra - 2010- 2012-ci illərdə "Şalke"nin formasını geyinən Raulun təklifə isti yanaşdığı da vurğulanıb.

Qeyd edək ki, "Ayntraxt"ın indiki baş məşqçisi Adi Hütter növbəti mövsümdən Mönhenqladbax "Borussiya"sını çalışdıracaq.

Mənbə: fanat.az