Tuxel Salaha və daha 2 ulduza göz dikib - ADLAR

Tuxel Salaha və daha 2 ulduza göz dikib - ADLAR

"Çelsi" bu yay hücum xəttini gücləndirməyi hədəfləyib.

Fanat.Az xəbər verir ki, Almaniyanın "Bild" nəşri baş məşqçi Tomas Tuxelin "Lüverpul"un ulduzu Məhəmməd Salahı sərəncamında görmək istədiyini yazıb.

"Zadəganlar"ın Dortmund "Borussiya"sının gənc ulduzu Erlinq Holand və Milan "İnter"inin forvardı Romelu Lukakuya göz dikdiyi də diqqətə çatdırılıb.

Alman mütəxəssis bu 3 ulduz hücumçudan azı ikisinin heyətə qatılmasını çox vacib sayır.

Xatırladaq ki, Salah artıq 2014-2016 aralığında "Çelsi"yə məxsus olub. Lakin heyətdə möhkəmlənə bilmədiyi üçün London klubu misirlini "Fiorentina" və "Roma"ya icarəyə verib. Məhəmməd 2017-ci ildə 42 milyon avro qarşılığında indiki klubuna - "Liverpul"a keçib. Salahın "qırmızılar"la olan müqaviləsinin müddəti 2023-cü ilin 30 iyun tarixində qüvvədən düşəcək. "Transfermarkt" portalı sözügedən hücumçunun satış qiymətini 110 milyon avroyla dəyərləndirir.

Mənbə: www.fanat.az