Messi şəxsi məlumatlarının mətbuata sızmasına görə Bartomeunu ittiham edib

“Barselona”nın ulduz futbolçusu Lionel Messi klubun keçmiş prezidenti Xosep Bartomeunu onun şəxsi yazışmalarını mətbuata sızdırdığına görə ittiham edib.

Bu barədə “Ccma” portalı məlumat yayıb.

Mənbə bildirib ki, 33 yaşlı hücumçunun yazışmaları xüsusən futbolçunun Ronald Kumana müraciət edərək Katoloniya klubunun düşərgəsini tərk etmək istədiyini dilə gətirəndən sonra yayılmağa başlayıb.

Xatırladaq ki, Josep Maria Bartomeu və klubun direktorlar şurasının üzvləri 2020-ci ilin 27 oktyabrında istefa veriblər.

İstefanın səbəbi prezidentə etimadsızlıq göstərilməsi olub.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Səmada yüzlərlə əsrarəngiz işıq görənləri heyrətə gətirdi - FOTO/VİDEO

SONRAKI XƏBƏR

Tripolidə silahlılar Prezident Şurasının qərargahının yerləşdiyi otelə hücum ediblər