“Forbes” dünyanın ən bahalı idman klublarını açıqladı – SİYAHI

“Forbes” jurnalı dünyanın ən bahalı 50 idman klubunun reytinqini tərtib edib.

Reytinqə 9 futbol, 9 basketbol, 26 Amerika futbolu və 6 beysbol klubu daxil olub.

Avropanın futbol nəhənglərindən “Barselona”, “Real” və “Bavariya” ilk onluğa düşüb.

Premyer Liqa klublarından “Mançester Yunayted”, “Liverpul” və “Mançester Siti” 11-13-cü yerləri bölüşüb. Fransanın PSJ klubu isə siyahının sonlarında - 43-cü yerdə qərarlaşıb.

Beləliklə də, reytinqin ilk onuğu aşağıdakı kimidir:

“Dallas” (ABŞ, Amerika futbolu) – 5.7 milyard dollar;“Yankiz” (ABŞ, beysbol) – 5.25 milyard dollar;“Nyu-York” (ABŞ, basketbol) – 5 milyard dollar;“Barselona” (İspaniya, futbol) – 4.76 milyard dollar;“Real” (İspaniya, futbol) – 4.75 milyard dollar;“Qolden Steyt” (ABŞ, basketbol) – 4.7 milyard dollar;“Leykers” (ABŞ, basketbol) – 4.6 milyard dollar;“Nyu-İnqlend” (ABŞ, Amerika futbolu) – 4.4 milyard dollar;“Nyu-York Cayents” (ABŞ, Amerika futbolu) – 4.3 milyard dollar;“Bavariya” (Almaniya, futbol) – 4.21 milyard dollar.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Gəncədə oğul anasını bıçaqlayıb

SONRAKI XƏBƏR

“Qalatasaray”ın braziliyalı ulduzuna 15 milyonluq təklif