“Qalatasaray”ın braziliyalı ulduzuna 15 milyonluq təklif

“Qalatasaray”ın braziliyalı müdafiəçisi Markaoya bir çox klub elçi düşüb.

Bu barədə “Haber Global” məlumat yayıb.

Futbolçu ilə Kiyev “Dinamo”su və “Roma” ilə yanaşı Rusiya klubları da maraqlanır.

Braziliyalı üçün “Zenit”in 15 milyon avroluq təklif verdiyi bildirilir. Həmçinin Moskva “Lokomotiv”i də müdafiəçini heyətinə qatmağı planlaşdırır.

Xatırladaq ki , “Qalatasaray” 2019-cu ilin yanvarında Markaonu “Çaves”dən 4 milyon avroya transfer edib.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

“Forbes” dünyanın ən bahalı idman klublarını açıqladı – SİYAHI

SONRAKI XƏBƏR

Azərbaycan və on ölkə nasistlərin və onların tərəfdarlarının qəhrəmanlaşdırılmasına qarşı çıxdı