Neymar PSJ ilə müqaviləni uzadacaq

Neymar PSJ ilə müqaviləni uzadacaq

Braziliyalı hücumçu Neymar Fransanın PSJ futbol klubu ilə müqaviləni dörd il müddətinə uzadacaq.

Bu barədə “Qafqazinfo” “L'Equipe” qəzetinə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, mayın 8-də futbolçu PSJ ilə 2026-cı il iyunun 30-dək nəzərdə tutulan yeni müqavilə imzalayacaq. Neymarın hazırkı razılaşması 30 iyun 2022-ci il tarixinədək qüvvədədir.

Qeyd edək ki, 29 yaşlı Neymar cari mövsümdə 27 matç keçirib, 15 qol vurub. O, PSJ-yə 2017-ci ildə İspaniyanın “Barselona”sından keçib. Transferin qiyməti 222 milyon avro təşkil edib.

Mənbə: qafqazinfo.az