Çeferin "Real" və "Barselona"nı cəzalandırmaq istəyir

Çeferin "Real" və "Barselona"nı cəzalandırmaq istəyir

UEFA prezidenti Aleksandr Çeferin Avropa Superliqasından ayrılmayan "Real" və "Barselona"nı sərt şəkildə cəzalandırmaq istəyir.

Qol.az xəbər verir ki, bu barədə "Cope" məlumat yayıb. Çeferin mayın 29-da Çempionlar Liqasının finalından sonra həmin klubların turnirdən 2 illik kənarlaşdırılmasını təklif edəcək. Yarışın prezidenti Florentino Peres isə bu təşkilatdan çıxan klubları yenidən bir yerə toplaya biləcəyini düşünür.

Qeyd edək ki, Avropa Superliqasını aprelin 18-də “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”,“Çelsi”, “Real Madrid", “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları yaradıblar. Sonradan 10 klub turniri tərk edib. Avropa Superliqası isə fəaliyyətini dayandırıb.

Mənbə: qol.az