Beynəlxalq Cüdo Federasiyası erməni idmançının azad edilməsinə görə Azərbaycana təşəkkür edib

Bakı. Trend:

Beynəlxalq Cüdo Federasiyası Azərbaycana 19 yaşlı erməni idmançı Robert Vardanyanın azad etməsinə görə təşəkkür edib.

Trend bu barədə Federasiyaya istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, Beynəlxalq Cüdo Federasiyası Azərbaycan Prezidenti İlham Əliyevə və "Azərbaycanın bütün idman ictimaiyyətinə" dərin təşəkkürünü bildirir:

"Gənc cüdoçunun azad edilməsi bu idman növünün daşıdığı yüksək mənəvi dəyərlərin və gücün təsdiqidir. Bu dəyərlər bütün münaqişələr və düşmənçilikdən üstündür. Beynəlxalq cüdo ailəsinin həmrəyliyi və birliyi sərhəd tanımır. Bizim hər birimizi qarşılıqlı yardım və rifah birləşdirir".

(Tərcümə: Orxan Nəbiyev)

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Cəlilabadda avtomobil piyadanı vuraraq öldürüb

SONRAKI XƏBƏR

Hulusi Akar son 5 ayda zərərsizləşdirdikləri terrorçuların sayını açıqlayıb