Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yüksək səviyyədə təşkil edilib - Gürcüstan gimnastı

Bakı. Cani Babayeva - Trend:

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kuboku yüksək səviyyədə təşkil edilib.

Bunu Trend-ə Gürcüstan gimnastı Ketevan Arbolişvili deyib.

O bildirib ki, Dünya Kubokunda əsas hədəfi yaxşı çıxış etməkdir:

"Əlbəttə, koronavirus pandemiyası yarışların keçirilməsinə təsirini göstərib. Yarışların böyük əksəriyyəti tamaşaçısız keçirilir. Etiraf edim ki, tamaşaçıların olmadığı, dəstək hiss olunmayan zalda çıxış bir qədər çətindir. Bakıdakı Dünya Kubokundan əvvəl Bolqarıstanda yarışlarda iştirak etmişəm, ona görə də yeni qaydalara uyğunlaşıram. Heç nəyə baxmayaraq yaxşı nəticə göstərməyə çalışıram

 

Gimnast əlavə edib ki, Bakıda yarışların təşkilat komitəsinin işi çox dəqiqdir:

"Hamı nə edəcəyini yaxşı bilir, işlər qüsursuz yerinə yetirilir. Azərbaycanda artıq beşinci dəfədir ki, yarışlarda çıxış edirəm. Əvvəllər buraya gənclər yaş kateqoriyasında olarkən gəlmişəm. Burada hər şey mənim xoşuma gəlir".

(Tərcümə: Orxan Nəbiyev)

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Pərvin Abıyeva bu səbəbdən səhifəsində yarış keçirmir

SONRAKI XƏBƏR

Düşmənin gözünü yaşlı qoyacaq bir reklam - VİDEO