Rəsul Çunayev Olimpiadaya vəsiqə üçün döşəyə çıxır

Rəsul Çunayev Olimpiadaya vəsiqə üçün döşəyə çıxır

Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə Dünya Olimpiya Təsnifat turniri davam edir.

Redaktor.az xəbər verir ki, üçüncü yarış günündə beş yunan-Roma güləşçimiz finala çıxmaqla Olimpiadaya lisenziya qazanmağa çalışacaq.

60 kq
Təsnifat Murad Məmmədov – Stiq-Andre Berqe (Norveç)

67 kq
Təsnifat Rəsul Çunayev – Daniyar İslamov (Moldova)

77 kq
Təsnifat Rafiq Hüseynov – Hyeonvu Kim (Koreya)

97 kq
1/8 final Murad Lokyayev – Nikoloz Kakelaşvili (İtaliya)

130 kq
1/8 final Beka Kandelaki – Oskar Marvik (Norveç)

Qeyd edək ki, indiyədək güləşdə altı lisenziya qazanmışıq. Sərbəstlərdə üç, qadınlarda iki və yunan-Roma güləşində bir idmançı Azərbaycanı Olimpiadada təmsil edəcək.

Mənbə: redaktor.az