Sumqayıtda 364 idman qurğusu var - STATİSTİKA

Sumqayıtda 364 idman qurğusu var - STATİSTİKA

Sumqayıtda idman qurğularının sayı açıqlanıb.

Xeberle.com-un məlumatına görə, 2021-ci ilin son statistik məlumatlarına görə, şəhər ərazisində 364 idman qurğusu var. Bu qurğulardan 6-sı stadion, 14-ü kompleks-idman qurğusu, 4-ü üzgüçülük hovuzudur. Bununla yanaşı, 1 olimpiya kompleksi, eyni sayda da paralimpiya idman kompleksi var.

İdman zallarının sayına gəldikdə bu rəqəm 127, sadə idman qurğuları isə 155-dir. Sumqayıtda idman qurğuları sırasında atıcılıq tirlərinə də rast gəlmək olar ki, onların da sayı 12-dir.

Şəhərdə 22 Bədən tərbiyəsi-sağlamlıq mərkəzi, 17 Aerobika-trenajor zalı, 1 şahmat klubu və 4 tenis kortu da var.

Mənbə: xeberle.com