Gürcü azarkeşlərin futbol bayramı - Şəkillər

Gürcü azarkeşlərin futbol bayramı -  Şəkillər

Gürcüstan çempionatının 12-ci turunda ötən gün keçirilən “Dinamo” (Batumi) – “Dinamo” (Tbilisi) oyununda əsl futbol bayramı yaşanıb.

Qol.az xəbər verir ki, ilk pilləri bölüşən komandaların matçı pandemiya dövründə görünməmiş bir mənzərə ilə əlamətdar olub.
Çempionatın mövcud reqlamentinə görə, Batumi təmsilçisinin yeni stadionundakı ilk görüşü 6 min tamaşaçının izlədiyi qeyd olunub. Ancaq şəkillərdən görünür ki, stadionda daha çox azarkeş olub. Oyun meydan sahiblərinın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yerli azarkeşlər qələbəni çılğınlıqla qeyd edib.
Həmin anlardan maraqlı şəkilləri təqdim edirik.

Mənbə: qol.az