Premyer Liqanın ən əzmkar komandası

Premyer Liqanın ən əzmkar komandası

“Mançester Yunayted” İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.

Qol.az xəbər verir ki, sözügedən rekord Premyer Liqanın 35-ci turunda “Aston Villa” ilə səfər matçında qeydə alınıb.
Ole-Qunnar Sulşerin komandası hesabda geri olsa da, daha sonra 3 qol vuraraq qalib gəlib – 3:1. Bu, k"mankunyanlar"ın mövsümdə 10-cu geridönüşü olub. İndiyədək Premyer Liqa tarixində heç bir komanda mövsüm ərzində 10 dəfə geridönüş edə bilməyib.
Qeyd edək ki, "Mançester Yunayted" Premyer Liqada növbəti matçını mayın 11-də evdə "Lester"ə qarşı keçirəcək.

Mənbə: qol.az