“Komandamız həddindən artıq yorğundur” - Rəşad Sadıqov

“Oyun gərgin keçdi. Qələbə qazanmaq istəyirdik. 3 xalın bizim üçün çox vacib olduğunu bilirdik. Amma alınmadı".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 26-cı turunda evdə “Qəbələ” ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, qolsuz başa çatan matçı belə şərh edib:

“Bəzi qol epizodlarımız oldu, ancaq rəqibin də şansları var idi. Şükürlər olsun ki, bundan istifadə edə bilmədilər. Komandamız həddinən artıq yorğundur. Bunu artıq 10-cu dəqiqədən hiss etmək olurdu. Sıx qrafiklə oynamaq çətindir. Buna geniş heyət lazımdır. Bəzi dəyişikliklər effekt versə də, qol vura bilmədik. Əlimizdən gələni edəcəyik ki, qarşıdakı iki turda yaxşı nəticə qazanaq”.

 

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Milli Aviasiya Akademiyasının professoru vəfat edib

SONRAKI XƏBƏR

Netanyahu: Qüds İsrailin paytaxtıdır!