Nazarov Almaniyada het-trikə imza atdı

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 32-ci turun oyunları keçirilib.

Milli.Az matc.az-a istinadən bildirir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge" klubu da növbəti matçına çıxıb.

Aue təmsilçisi doğma meydanda "Paderborn" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 3:8.

Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib. Komandasının hər üç qolunu Dmitri vurub. Millimizin yarımmüdafiəçisi 1, 4 və 55-ci dəqiqələrdə fərqlənib. O, sonuncu qolu penaltidən vurub.

32 oyuna 41 xal toplamış "Ersgebirge" 18 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Güclü külək Balakən və Zaqatala rayonlarında fəsadlar törədib - FOTO

SONRAKI XƏBƏR

Mingəçevir işıqsız qaldı