"Finala çıxmağımızın təməlini Lempard qoyub" - Tuhel

"Çelsi"nin baş məşqçisi Tomas Tuhel komandanın sabiq çalışdırıcısı Frank Lempard haqqında danışıb.
Qol.az xəbər verir ki, almaniyalı mütəxəssis "Sky Sports"a açıqlamasında London təmsilçisinin hazırkı səviyyəyə gəlməsində Lempardın böyük əməyi olduğunu bildirib:
“Komandanız yalnız qrup mərhələsini uğurla keçdiyi təqdirdə Çempionlar Liqasının finalına vəsiqə qazana bilər. "Çelsi" Frank Lampardın rəhbərliyi altında qrupda heyrətamiz bir nəticə göstərdi. Finala çıxmağın təməli budur və bunu heç vaxt unutmayacağam.

Buraya gəldiyim ilk gündən Frankın "Çelsi"də öz cığırını açdığını gördüm. Mövsümün ortalarında komandaya gəldmişəm və Lempardın gördüyü işi davam etdirirəm. O, bu klubun ən böyük oyunçularından və əsas fiqurlarından biri olub. "Çelsi" haqqında düşünəndə birinci ağlına Frank Lampard gəlir.
Gəlişimdən bir-iki gün sonra Lempard mənə mesaj yazdı və uğurlar arzuladı. Mənə qarşı çox nəzakətli oldu. Bu mesajı aldığım üçün çox xoşbəxt idim”.
Xatırladaq ki, Lempard 2019-cu ilin yayından 2021-ci ilin yanvarına kimi London təmsilçisini çalışdırıb. Onu əvəzləyən Tuhel isə "Çelsi"ni ÇL-in finalına qədər aparıb. "Mançester Siti" ilə həlledici oyun mayın 29-da keçiriləcək.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Dəmir yumruğun bir parçası - VİDEO

SONRAKI XƏBƏR

Terim “Qalatasaray”la 400-cü oyununa çıxıb