Nuriyev Ukraynada mövsümün rəmzi komandasında

Nuriyev Ukraynada mövsümün rəmzi komandasında

Ukrana Premyer Liqasında 2020-2021 mövsümünün rəmzi komandası açıqlanıb.

Qol.az xəbər verir ki, "Minay"da çıxış edən millimizin üzvü Anatoli Nuriyev də rəmzi 11-likdə yer alıb.

Başa çatan mövsümdə Premyer Liqada 22 oyuna 10 qol vuran 24 yaşlı yarımmüdafiəçi 1 məhsuldar ötürmə edib.

Xatırladaq ki, "Minay" turnir cədvəlində sonuncu yeri tutaraq elitanı tərk edib. Komandanın kapitanı olan Nuriyevin isə klubunu dəyişəcəyi haqda xəbərlər yayılıb.

Mənbə: qol.az