"Barselona"da təcili iclas

"Barselona" prezidenti Joan Laporta baş məşqçi Ronald Kumanla təcili iclas keçirəcək.

Qol.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. Bildirilib ki, klub rəhbəri niderlandlı mütəxəssisdən Kataloniya təmsilçisinin mövsüm sonunda zəif oyununu izah etməsini, eyni zamanda komandanın vacib oyunlarda göstərdiyi zəif performansı şərh etməsini istəyir.

Kumanın klubla hazırkı müqaviləsi 2022-ci ilun yayında bitəcək, lakin "Barselona" rəhbərlərindən heç biri ona klubda qalacağına dair zəmanət verməyib.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

İsraildə komendant saatı elan edildi

SONRAKI XƏBƏR

Süveyş kanalında paralel keçidin uzunluğu 162 kilometrə çatdırılacaq