Zidanla mübahisə etdi, heyətə daxil edilmədi

Zidanla mübahisə etdi, heyətə daxil edilmədi

"Real"ın futbolçusu Marselo La Liqanın 36-cı turunda "Qranada" ilə matçı buraxacaq.

Qol.az goal.com-a istinadən xəbər verir ki, braziliyalı oyunçu komandanın baş məşqçisi Zinəddin Zidanla müdafiədə oynamağın taktiki nüansları barədə mübahisə etdiyi üçün sözügedən görüş üçün iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, Marselo bu mövsüm La Liqada 15 matça çıxıb və 2 qol ötürməsi verib.

Mənbə: qol.az