Buffon "Yuventus"dan gedir - özü açıqladı

Buffon "Yuventus"dan gedir - özü açıqladı

"Mənim gələcəyim artıq məlumdur. "Yuventus"da gözəl və çox uzun dövr bu il tam başa çatır. Fikrimcə, mən klubuma hər şeyimi verdim və daha çoxunu aldım".

Sport7.az xəbər verir ki, bunu İtaliya millisinin sabiq qapıçısı Canluici Buffon "Goal" nəşrinə açıqlamasında deyib. 43 yaşlı qolkiper gələcəyi barədə də danışıb: "Ya daha oynamayacaq, ya məni karyerama davam qərarı verməyə sövq edən situasiyada olacaq, ya da fərqli həyat təcrübəsi qazanacağam".

Onun, "Barselona" ilə müqavilə bağlayacağı bildirilir. 43 yaşlı qolkiperlə qısamüddətli anlaşmanın əldə ediləcəyi gözlənilir. Rəhbərlik italiyalı oyunçuya əsas qapıçı Mark-Andre Ter Ştegenin əvəzedicisi kimi baxır.

Təcrübəli qolkiper 2001-ci ildə "Parma"dan "Yuventus"a transfer olunub. 2018/2019 mövsümünü Fransa PSJ-sində keçirmiş italiyalı qolkiper daha sonra Turin klubuna qayıdıb.

Buffon "Yuventus"da 683 oyunundan 322-də qol buraxmayıb.

Mənbə: sport7.az