"Beşiktaş"ın futbolçusunun meneceri saxlanıldı

Türkiyə Super Liqasının 41-ci turunun "Beşiktaş" - "Fatih Karagümrük" matçından sonra gərginlik yaşanıb.

Milli.Az matc.az-a istinadən bildirir ki, qarşılaşmadan sonra "Beşiktaş"ın futbolçusu Raşid Gezzalın meneceri Hakan Qorxmazla "Fatih Karagümrük"ün futbolçusu Alessandro Ndao arasında mübahisə yaranıb.

24 yaşlı seneqallı hücumçu menecerdən polisə şikayət edib. Qorxmaz polis tərəfindən bölməyə aparılıb.

"Beşiktaş" - "Fatih Karagümrük" matçı qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyədə əməliyyat: 5 terrorçu həbs edildi

SONRAKI XƏBƏR

"Bavariya"da ciddi itki