"Mançester Yunayted" azarkeşlərə görə təhlükəsizliyi artırdı

"Mançester Yunayted" azarkeşlərə görə təhlükəsizliyi artırdı

İngiltərənin "Mançester Yunayted" klubu azarkeşlərin etirazları fonunda "Liverpul"a qarşı keçirəcəkləri XXXIV tur matçından əvvəl təhlükəsizliyi artırıb.

"Report" "Sky Sport"a istinadən xəbər verir ki, "Old Trafford" stadionuna təhlükəsizliyi təmin etmək məqsədi ilə çox sayda polis cəlb edilib.

Stadionun hər yerinə möhkəm çəpərlər quraşdırılıb.

Qeyd edək ki, "Mançester Yunayted" - "Liverpul" matçı mayın 2-də gerçəkləşməli idi. Lakin fanatlar oyun başlamazdan əvvəl meydana girib və görüş təxirə salınıb. Onlar Qleyzer ailəsindən klubu satmağı tələb edib.

Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 23:15-də başlayacaq.

Mənbə: report.az