MY-nin sabiq kapitanı futbolçu karyerasını bitirdi

MY-nin sabiq kapitanı futbolçu karyerasını bitirdi

Ekvador millisinin və "Mançester Yunayted”in keçmiş kapitanı Antonio Valensiya butslarını mıxdan asıb.

Fanat.Az xəbər verir ki, bu barədə cinah oyunçusunun son ünvanı olan Meksikanın "Keretaro” klubunun mətbuat xidməti məlumat yayıb.

 

İspaniyada "Vilyarreal”, İngiltərədə "Mançester Yunayted”, "Viqan” kimi klublarda çıxış edən Valensiya, 2021-ci ilin yanvarından "Keretaro”da idi. 34 yaşlı futbolçu Ekvador yığmasında 98 oyunda 11 qol vurub.

Mənbə: www.fanat.az