"İlkaya görə Türkiyəyə getmək istəyərdim" - Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının final oyununun İstanbuldan alınaraq Portuya verilməsinə münasibət bildirib.

Qol.az xəbər verir ki, 49 yaşlı mütəxəssis İngiltərə mətbuatına açıqlamasında türk futbolçusu İlkay Gündoğana görə finalın İstanbulda keçirilməsini istədiyini deyib:
“Daha əvvəl Türkiyəyə Çempionlar Liqası sayəsində belə getmək şansım olmayıb. İlkay üçün Türkiyəyə getmək istərdim, amma UEFA belə qərar verdi. Portuqaliya, Türkiyə... Artıq qərara hörmətlə yanaşmalıyıq”.
Mayın 29-u keçiriləcək finalda İngiltərənin "Çelsi" və "Mançester Siti" klubları üz-üzə gələcək.

Xatırladaq ki, İngiltərə hökuməti Çempionlar Liqasının finalı öncəsi Türkiyəni sərt karantin qaydaları olan ölkələrin qırmızı siyahısına daxil etdiyindən UEFA həlledici görüşün Portudakı "Draqao" stadionunda keçirilməsinə qərar verib.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

“Xarıbülbül” dünyaya sülh mesajıdır - VİDEO

SONRAKI XƏBƏR

"Alyans" İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 98-ci doğum günü ilə əlaqədar tədbir keçirilib (FOTO)