"Zirə" bombardirinə yeni müqavilə təklif etməyib - GEDİR?

"Zirə"nin bombardiri Davit Volkovun taleyi qeyri-müəyyəndir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "qartallar" anlaşmasının müddəti bu yay başa çatacaq gürcü forvarda yeni müqavilə təklif etməyib.

Komandanın baş məşqçisi Rəşad Sadıqov yola salacağı oyunçuların bir neçəsi haqda son qərarını versə də, indilik heç bir oyunçu ilə danışıq aparılmayıb.

Qeyd edək ki, bu mövsüm Azərbaycan Premyer Liqasında 8 qol vuran Volkov komandasının ən sərrast oyunçusudur.

Fanat.az

ƏVVƏLKİ XƏBƏR

Milyardlarla avronun dəfni: Merkelin gedişi çox şeyi dəyişə bilər

SONRAKI XƏBƏR

ATƏT sədri Azərbaycan XİN rəhbəri ilə sərhəddəki gərginliyi müzakirə etdi