"Borussiya" beşinci dəfə Almaniya kubokunun qalibi oldu

Bakı. Trend:

"Borussiya Dortmund" komandası Almaniyanın futbol üzrə Kubokunun final matçında "Leyptsiq"i məğlub edib.

Trend-in məlumatına görə, oyun 4:1 hesabı ilə başa çatıb.

Qalib komandasının heyətində qolları Ceyson Sanço (5-ci, 45-ci dəqiqələr) və Erlinq Holand (28,87) fərqləniblər. Məğlub olanların heyətində Dani Olmo (72) fərqlənib.

Beləliklə, "Borussiya" beşinci dəfə Almaniya Kubokunu qazandı və "Şalke" ilə "Ayntraxt" klublarla bu göstəriciyə görə bərabərləşib.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Nikol Rusiyadan əlini üzdü, Makrona yalvardı – Zəngəzur olayı

SONRAKI XƏBƏR

“Google” İtaliyada 100 milyon avrodan artıq cərimə ödəməlidir