"Liverpul" "Mançester Yunayted"ə səfərdə qalib gəldi

ingiltərə Premyer Liqasında XXXIV turun daha bir mərkəzi görüşü "Mançester Yunayted" və "Liverpul" komandaları arasında keçirilib.

"Report"un məlumatına görə, "Old Trafford" stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 4:2.

Hesabı 10-cu dəqiqədə meydan sahiblərindən Brunu Fernandeş açıb. 34-cü dəqiqədə Dioqu Jota bərabərlik qolunu vurub. 45+3-cü və 47-ci dəqiqələrdə Dioqu Jota fərqlənərək, dubl edib. 68-ci dəqiqədə Markus Reşford fərqi azaltsa da, 90-cı dəqiqədə Məhəmməd Salah yekun nəticəni müəyyənləşdirib.

Bu qələbə sayəsində xalını 50-a çatdıran "Liverpul" 5-ci pilləyə yüksəlib. "Mançester Yunayted" isə 70 xalla 2-ci pillədə qalıb.

 

Report.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda 10 yaşlı uşağı piyada zolağında avtomobil vurdu

SONRAKI XƏBƏR

Bakıda avtomobil vuran şəxsin ayağı amputasiya edilib