Fransa Kubokunun finalçıları bilindi

Fransa Kubokunun finalçıları bilindi

Fransa Kubokunda finalçılar bilinib.

 

Fanat.Az xəbər verir ki, ilk yarımfinal görüşündə PSJ "Monpelye” ilə münasibətlərinə aydınlıq gətirib.

 

Əsas vaxtı 2:2 hesabıyla bitən matçın penaltilər seriyasında parislilər daha dəqiq olub – 6:5.

 

PSJ-nin finaldakı rəqibi GFA74 – "Monako” görüşündə bəlli olub. 5:1 hesablı darmadağına sevinən "Monako” finala yüksəlib.

 

Həlledici oyun mayın 19-da baş tutacaq.

Fanat.Az

Mənbə: fanat.az