"Monako" finalda

"Monako" finalda

Fransa kubokunda sonuncu finalçı müəyyənləşib.

Qol.az xəbər verir ki, yarımfinalın ikinci matçında "Monako" dördüncü divizion təmsilçisi "Rumiyi Valer"lə qarşılaşıb. 5:1 hesabı ilə qalib gələn knyazlıq təmsilçisi finala yüksəlib.

"Rumiyi Valer" - "Monako" - 1:5
Qollar: Peqe, 20 (1:0), Bozon, 27-avtoqol (1:1), Çuaemi, 32 (1:2), Ben-Yedder, 55 (1:3), Fabreqas, 78 (1:4), Qolovin, 82 (1:5)

"Monako" finalda mayın 19-u PSJ ilə qarşılaşacaq.

Mənbə: qol.az