Haaland 20 dəqiqəyə Sançonun rekordunu yenilədi

Haaland 20 dəqiqəyə Sançonun rekordunu yenilədi

Almaniya kubokunun finalında keçirilən “Leyptsiq” – “Borussiya” (Dormund) oyununda maraqlı rekord qeydə alınıb.

Qol.az xəbər verir ki, qonaqların heyətində Ceydon Sanço və Erlinq Haaland dubl edib.

Sanço görüşün 45+1-ci dəqiqəsində ikinci qolunu vurmaqla kubokda rekorda imza atıb. 21 yaşlı ingilis yarımmüdafiəçi Almaniya kubokunun finalında dubl edən ən gənc futbolçu adına yiyələnib. Ancaq komanda yoldaşı Haaland 20 dəqiqədən sonra bu rekordunu qırıb. Norveçli hücumçu görüşün 71-ci dəqiqəsində dublunu rəsmiləşdirib. Beləliklə, 20 yaşlı futbolçu bu göstəricidə mütləq rekordçu olub.
Xatırladaq ki, Dortmund klubu 4:1 hesablı qələbə ilə kubokun sahibi olub.

Mənbə: qol.az