Dünya və Avropa çempionu koronavirusdan vəfat etdi

Dünya və Avropa çempionu koronavirusdan vəfat etdi

Boks üzrə rusiyalı dünya və Avropa çempionu Olqa Domulacanova dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə TASS-a Rusiya Boks Federasiyasından məlumat verilib.

Onun koronavirus infeksiyası üzündən 52 yaşında vəfat etdiyi bildirilib.

Qeyd edək ki, Olqa Domulacanova 2001-ci ildə 81 kq çəki dərəcəsində dünya və Avropa çempionu olub.

Mənbə: report.az