İstanbul bir itkinin əvəzini iki qazancla çıxacaq - UEFA-dan möhtəşəm qərar

İstanbul bir itkinin əvəzini iki qazancla çıxacaq - UEFA-dan möhtəşəm qərar

İstanbulun iki böyük tədbirə ev sahibliyi etmək barədə qərarların, UEFA İcraiyyə Komitəsinin həyata keçirəcəyi ilk toplantıdan sonra ictimaiyyətə elan edilməsi gözlənilir.

 2023-cü ildə İstanbul UEFA Çempionlar Liqasının finalına ev sahibliyi edəcək.

Sputnik Azərbaycan bu barədə Anadolu Agentliyinə istinadən məlumat verir.

UEFA-nın 2021-ci il Çempionlar Liqası finalını İstanbuldan Portuqaliyanın Porto şəhərinə keçirmə qərarından sonra Türkiyə Futbol Federasiyası (TFF) ilə UEFA arasında keçirilən müzakirələrdə İstanbulun 2023-cü ildə oynanılacaq Çempionlar Liqası finalina ev sahibliyi edəcəyi qərarına gəlindiyi məlum olub.

Üstəlik bu ilin avqustunda oynanılacaq UEFA Superkuboku uğrunda görüşün də İstanbulda keçirilməsi barədə də razılıq əldə edildiyi bildirilir.

İstanbulun iki böyük tədbirə ev sahibliyi etmək barədə qərarların, UEFA İcraiyyə Komitəsinin həyata keçirəcəyi ilk toplantıdan sonra ictimaiyyətə elan edilməsi gözlənilir.

Xatırladaq ki, UEFA dünən mayın 29-da İstanandabulda keçirilməsi planlaşdırılan Çempionlar Liqası finalının Portuqaliyaya keçirildiyini bildirib. Səbəb finalda iki ingilis klubunun oynamasıdır. Böyük Britaniya hökumətinin qərarına əsasən, bu ölkənin vətəndaşlarının Türkiyəyə getmək məsələsində ciddi məhdudiyyətlər mövcuddur və o səbəbdən britaniyalı oyunçular İstanbula gələ bilməyəcəklər. Beləliklə, İngiltərənin "Mançester Siti" və "Çelsi" komandaları arasında final oyunu Portuqaliyanın Porto şəhərində keçiriləcək.

Mənbə: sputnik.az