Ermənilər kubok oyununu fransız hakimlərə həvalə etdilər

Ermənilər kubok oyununu fransız hakimlərə həvalə etdilər

Futbol üzrə Ermənistan Kubokunun final oyunu Fransadan olan hakimlər briqadasına həvalə edilib. Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Final oyununun baş hakimi Benua Miyo olacaq. Ona Orelyan Druen və Bris Fransua Le Telye köməklik edəcək.

Qeyd edək ki, finalda iki paytaxt komandası qarşılaşacaq.

Maraqlıdır ki, bundan öncə xaricdən gələn hakimlər briqadası cəmi dörd dəfə Ermənistan Kubokunun final oyunlarını idarə etsələr də, onların arasında fransızlar olmayıb. 2011-ci ildə “Şirak” - “Mika” oyununu ispaniyalı David Fernandez Borbalan, 2012-ci ildə “Şirak” - “İmpuls” oyununu italiyalı Andrea de Marko, 2015-ci ildə “Pünik” - “Mika” görüşünü isə başqa bir italyan hakim Canluka Rokki idarə edilib. 2019-cu ildəki final matçı Alberto Undiano Mallenkonun rəhbərlik etdiyi İspaniyadan olan hakimlərə tapşırılmışdı.

Tural Tağıyev
 

Mənbə: azvision.az