"Keşlə"nin baş məşqçisi: "Sərgilədiyimiz oyun məni məyus etdi"

"Çempionat sona çatdıqca futbolçuların gücü tükənir. Rəqib "Qarabağ" idi. Onlara qarşı səhvsiz oynamaq lazım idi".

"Report"un məlumatına görə, bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları Premyer Liqanın XXVII tur oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis bildirib ki, komandasının oyunu onu üzdü: "Sadə top itkilərinə yol verdik. Bu, plana daxil deyildi. Sərgilədiyimiz oyun məni məyus etdi. Rəqib layiqli qələbə qazandı. İstənilən halda komanda son iki oyuna hazır olmalıdır. Kubokda final, çempionatda "Qəbələ" ilə oyunumuz var".

Report.az

ƏVVƏLKİ XƏBƏR

XƏBƏRDARLIQ EDİLDİ - Sabahdan...

SONRAKI XƏBƏR

Operativ Qərargahı tənqid etdi