“Mahirin penalti vurması ən ürəksiz qərarım idi” - Qurban Qurbanov

“Mahirin penalti vurması ən ürəksiz qərarım idi”  - Qurban Qurbanov

“Bu oyunlarda soyuqanlılıq vacibdir. Ona görə futbolçularımızı təbrik edirəm”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

O, Azərbaycan Premyer Liqasının 27-ci turunda “Keşlə” üzərində 2:0 hesablı qələbədən sonra oyundan danışıb.

Təcrübəli mütəxəssis “Neftçi” ilə son turdakı vacib matçdan söz açıb:

“Bizim üçün asan və çətin nüanslar var. “Neftçi” ilə matçda futbolçular daha sərbəst olmalıdır. Öz tempimizdə hazırlaşıb oynamağa çalışacağıq”.

Qurbanov Mahir Emrelinin matçda penalti vurması haqqında fikirlərini açıqlayıb:

“Oyunun gedişində ürəyimdən keçdi ki, Mahir vursun. Amma ən ürəksiz qərarım idi”.

Mənbə: qafqazinfo.az