Ayxan Abbasov: "Oyun baxımından heç kimdən geri qalmırıq"

"Əlbəttə, uduzmaq istəməzdik. Son oyunadəl üstünlüyümüz qorumaq istəyirdik. Uzatma dəqiqəsində qol buraxmaq planda yox idi. Bir qol hər şeyi həll etdi. Son iki finalımıza hazır olmağa çalışacağıq".

"Report"un məlumatına görə, bunu "Sumqayıt" komandasının baş məşqçisi Ayxan Abbasov evdə "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVII tur matçından sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, pətişanlığı oyuna görə deyil: "Bəzi məqamlar adama üzür. Oyunun yorğunluğu adamı üzür. Digər komandaların bizdən açıq-aşkar üstünlükləri var. Amma biz oyun baxımından heç kimdən geri qalmırıq. Sevinirik ki, "Neftçi" və "Qarabağ"la bərabər mübarizə aparırıq".

Son dəqiqədə "Neftçi"nin məşqçisi Seymur Rəhimovla "Sumqayıt"ın futbolçusu arasındakı gərginliyə də toxunan Abbasov feyr-pleyə və meydanın daxilindəkilərə düzgün reaksiya vermələrinin gərəkliyini vurğulayıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Rəşad Sadıqov: "Sevinməyə vaxtımız yoxdur"

SONRAKI XƏBƏR

Şuşanın musiqi təntənəsi - VİDEO