Rəşad Sadıqov: "Sevinməyə vaxtımız yoxdur"

"Maraqlı oyun alındı. Çempionatın son matçları psixoloji cəhətdən çətin keçir".

"Report"un məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə "Səbail"ə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXVII tur matçından sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, ilk dəqiqədən futbolçular onlara verilən tapşırıqları yerinə yetiriblər: "İkinci hissəyə daha inamlı başladıq. Birinci qoldan sonra uşaqlarda hesabı qorumaq fikri formalaşdı. İkinci qolu vurduqdan sonra oyun daha çətin oldu".

Sadıqov son turda "Sabah"la keçirəcəkləri matça köklənəcəklərini söyləyib: "Sevinməyə vaxtımız yoxdur. Çətin səfər oyunumuz var. Futbolçuların bu matçın məsuliyyətini başa düşür".

Report.az

ƏVVƏLKİ XƏBƏR

Masallıda keçmiş arvadını bıçaqlayan ər saxlanıldı - YENİLƏNİB

SONRAKI XƏBƏR

Ayxan Abbasov: "Oyun baxımından heç kimdən geri qalmırıq"