Premyer Liqadan MLS-ə?

Premyer Liqadan MLS-ə?

"Arsenal" futbolçusu Villianla yolları ayıracaq.

Qol.az xəbər verir ki, bu barədə məşhur jurnalist Fabrizio Romano məlumat yayıb. Klub ciddi maliyyə problemi yaşayır. "Topçular" bu səbəbdən 32 yaşlı yarımmüdafiəçini satmağı planlaşdırır.

Braziliyalı oyunçu ilə Stiven Cerrardın sahib olduğu "İnter Mayami" yaxından maraqlanır.

Qeyd edək ki, Villian bu mövsüm 25 matçda 1 qol vurub və 5 qolun ötürməsini verib.

Mənbə: qol.az