Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Gürcüstan yığmasına qalib gəlib

Mayın 16-da kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, Monteneqroda Azərbaycan millisi Gürcüstan yığması ilə qarşılaşıb.

İkinci dövrənin sonuncu oyunu hər iki komanda üçün formal xarakter daşıyıb. "Avro-2021"ə yüksəlmək şansını itirən autsayderlərin oyununda millimiz 3:0 hesabı ilə qalib gəlib.

Hesabında 6 xal olan Azərbaycan millisi qrupda üçüncü olub və mübarizəni dayandırıb.

Qeyd edək ki, final mərhələsinə qrup qalibləri və ən yaxşı nəticəyə malik beş ikinci yerin sahibi yüksələcək.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Porsche Çin bazarındakı 20-ci ildönümünü xüsusi seriya ilə qeyd edir - FOTO

SONRAKI XƏBƏR

İsrail səfiri: “Bütün terror infrastrukturu məhv olana qədər hərbi əməliyyatlar davam edəcək”