Sergen Yalçın “Beşiktaş”la ilkə imza atdı

Sergen Yalçın “Beşiktaş”la ilkə imza atdı

“Beşiktaş”ın baş məşqçisi Sergen Yalçın klubun tarixinə düşüb.

Qol.az xəbər verir ki, o, İstanbul təmsilçisi ilə həm futbolçu, həm də baş məşqçi kimi çempionluq sevinci yaşayıb. Bu, klubun tarixində ilkdir.

Sergen futbolçu olduğu dövrdə 1991/92, 1994/95 və 2002/03 mövsümlərində “Beşiktaş”la çempion olmuşdu. Ötən gün isə o, baş məşqçi kimi çempionluq sevinci yaşayıb.

Sergen Yalçın Türkiyədə həm futbolçu, həm də baş məşqçi kimi çempionluq sevinci yaşamağı bacaran 6-cı mütəxəssisdir. Ondan öncə bu uğura Şenol Güneş, Hamza Hamzaoğlu, Aykut Kocaman, Ertuğrul Sağlam və Okan Buruk imza atıb.

Mənbə: qol.az