Fransa millisində hücumçu problemi

Fransa millisinin daha bir hücumçusu zədələnib.

Qol.az xəbər verir ki, Antuan Qrizmann Bolqarıstanla yoldaşlıq görüşündə (3:0) ayağından xəsarət alıb.
“Barselona”nın futbolçusu millinin bugünkü məşqində iştirak etməyib. O, bir neçə gün əvvəl zədələnən digər hücumçu Kərim Benzema ilə birgə qapalı məkanda fərdi məşq edib. Qrizmannın durumu hələlik məlum deyil. Benzemanın isə 2-3 gündən sonra komanda ilə məşqə başlayacağı gözlənilir.
Qeyd edək ki, Fransa millisi “Avro-2020”də ilk oyununu iyunun 15-də Almaniyaya qarşı keçirəcək.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

“Bu üç ölkə Azərbaycan tərəfdarıdır” – Nikol Paşinyan

SONRAKI XƏBƏR

Ərdoğan Makronla görüşəcək