Nigeriyalı döyüşçü İrael Adesanya UFC çempionu titulunu qoruyub

Bakı. Trend:

Nigeriyalı qarışıq döyüş üzrə idmançı (MMA) İsrael Adesanya İtaliya Marvin Vettorinin məğlub edib. Bununla da İ.Adesanya Mütləq Döyüş Çempionatının (UFC) orta çəkisində (83.9 kq-a qədər) çempionu adını qoruyub.

Trend-in məlumatına görə, UFC turniri ABŞ-ın Qlendeyl şəhərində (Arizona ştatı) keçirilib.

İ.Adesanya 2019-cu ilin oktyabrından bəri sahib olduğu çempionluq kəmərini üçüncü dəfə qorudu.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyə ordusu şəhid verdi

SONRAKI XƏBƏR

Türkiyədə 40 yaşdan yuxarı insanların peyvəndlənməsi başlayıb