Həbibdən Rusiya millisi barədə PROQNOZ

Həbibdən Rusiya millisi barədə PROQNOZ

Yüngül çəkidə Mütləq Döyüş Çempionatının (UFC) çempionluq kəmərinin keçmiş sahibi dağıstanlı Həbib Nurməhəmmədov futbol üzrə Rusiya komandasının Avro-2020 çempionatında gələcək perspektivləri barədə proqnozunu verib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “mk.ru” saytı yayıb.


Döyüşçü qeyd edib ki, Stanislav Çerçesovun yetirmələri hələ çempionatın 1/8 finalına çıxmaq üçün mübarizə apara biləcəklər.

“Nəyə ümid edə bilərik? Qrupdan növbəti mərhələyə adlamaqlarına”. "Sport-Express" Həbibdən sitat gətirib.

Rusiya millisi Avro-2020-dəki ilk oyununda Belçika komandasına 0-3 hesabı ilə məğlub olub.
 

Mənbə: bizim.media