Lukaku Eriksendən danışdı: "Uşaqlarını düşünürdüm"

Lukaku Eriksendən danışdı: "Uşaqlarını düşünürdüm"

"Eriksenin başına gələnlərdən sonra oynamaqda çətinlik çəkirdim. Biz hamımız həyəcan içindəydik. Onun həyat yoldaşı və uşaqlarını düşünürdüm".

 

Fanat.Az xəbər verir ki, bu sözləri Belçika millisinin hücumçusu Romelu Lukaku Danimarka seçməsinin yarımmüdafiəçisi Kristian Eriksenin Finlandiya ilə matçda huşunu itirməsi barədə danışarkən deyib.

AVRO-2020-nin qrup mərhələsində Rusiya (3:0) ilə oyundan sonra TMW-ə danışan futbolçu qələbəni də şərh edib. "Qələbə qazandığımız üçün çox şadam. Əla çıxış etdik. Ümid edirəm ki, bu nəticəni digər oyunlarda da təkrarlayacağıq".

Qeyd edək ki, Belçika millisinin 3:0 hesabı ilə qalib gəldiyi görüşdə Lukaku dubla imza atıb. Digər qolu isə Tomas Munye vurub.

 

Röya

Mənbə: fanat.az