"Fransada elə düşünürlər ki, biz artıq qalibik" - Didye Deşam

Fransa millisinin baş məşqçisi Didye Deşam komandasının "Avro-2020" iddiası haqda danışıb.

Qol.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, o, istedadlı, yüksək səviyyəli futbolçularının olduğunu deyib: "Fransa dünya çempionudur. Amma rəqiblərimiz bizdən zəif deyillər. Arxayınlaşmamalıyıq. Fransada elə düşünürlər ki, biz artıq qalibik və heç oyuna çıxmağa da ehtiyac yoxdur. Bu, komanda üçün ola biləcək ən pis şeydir. Bizim futbolçuların iddiası çoxdur. Amma onlar rahatlaşmamalıdır. Mərhələ-mərhələ irəliləməli və indidən final haqda düşünməməliyik".

Xatırladan ki, Fransa F qrupunda Portuqaliya, Almaniya və Macarıstanla yarışacaq.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

20 illik evlilik bitdi

SONRAKI XƏBƏR

ATƏT sədri Azərbaycan-Ermənistan razılaşmasını alqışladı