David Alaba ən yaxşı seçildi

David Alaba ən yaxşı seçildi

Avro-2020-nin D qrupunda keçirilən Avstriya – Şimali Makedoniya matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Qol.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Avstriya yığmasının kapitanı David Alaba bu görüşün ən yaxşısı seçilib. Təcrübəli müdafiəçi oyunda bir məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, oyun Avstriyanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Mənbə: qol.az