“Everton” Fatih Terimlə danışıqlar aparır

İstanbulun “Qalatasaray” klubu ilə müqaviləsi bitən Fatih Terim məşqçi karyerasını Avropa klublarından birində davam etdirə bilər.

“Ajansspor” məlumat verir ki, hazırda İngiltərə və İtaliya klubları türkiyəli baş məşqçi ilə danışıqlar aparır.

Mənbə iddia edir ki, “Everton” klubu Karlo Ançelottidən sonra boş qalan baş məşqçi vəzifəsinə məhz F.Terimin gətirilməsində israrlıdır.

İddialara görə, “Everton”un idman direktoru Marsel Brands F.Terimə təmsil etdiyi klubun konkret təkliflərini irəli sürüb və 67 yaşlı baş məşqçini razı salmağa cəhd göstərir.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Pakistan HHQ-nin nümayəndə heyəti Bakıya səfər edəcək

SONRAKI XƏBƏR

"Yaxın zamanlarda bütün xəritələr..." - Deputatdan AÇIQLAMA