FİBA prezidenti vəzifəsini müvəqqəti tərk edib

FİBA prezidenti Hamade Nyanq vəzifəsini müvəqqəti tərk edib.

Apasport.az saytının məlumatına görə, buna onunla bağlı araşdırmalara başlanılması səbəb olub.

FİBA onun Mali Basketbol Federasiyasına rəhbərlik etdiyi 1999-2007-ci illərdə qurumda baş verənləri araşdırır. Afrika ölkəsinin federasiyasında seksual təqiblərin olması ehtimal edilir. Nyanqın bu barədə məlumatlı olduğu iddiası araşdırılır.

Bu üzdən də qurum rəhbəri araşdırma müddətində postundan kənar qalmaq istəyib. FİBA iki məşqçi – Amadu Bambu və Umar Sissoko, həmçinin federasiya rəsmisi Hario Mayqunun da araşdırma bitənədək uzaqlaşdırılmasına qərar verib.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Hovuzda oynayan 10 yaşlı uşaq BOĞULUB ÖLDÜ - FOTO

SONRAKI XƏBƏR

Şagirdlər "Son Zəng" günü sevinclərindən.... - SORĞU