Ceyhun Sultanov: "Klub tapmasam, agent işləyəcəyəm"

Ceyhun Sultanov: "Klub tapmasam, agent işləyəcəyəm"

"Azərbaycanda hamının başı Avropa çempionatına qarışıb. Ona görə hələ iş barədə heç nə düşünmürəm".

Bu fikirləri "Report"a açıqlamasında "Neftçi" və "Keşlə" klublarının sabiq idman direktoru Ceyhun Sultanov deyib.

42 yaşlı funksioner istirahətdə olduğunu bildirib: "Hələ hər hansı yenilik yoxdur. Klublardan heç bir təklif almamışam, çünki özüm də maraqlanmamışam. Belə bir fikrim də yoxdur. Hansısa klub xidmətimdə maraqlı olsa, danışıq apara bilərəm".

Sultanov futbol agenti kimi fəaliyyət göstərə biləcəyini də istisna etməyib: "Klubda iş xatirinə çalışmaq istəmirəm. Konkret hədəflər olmalıdır. Bu variant alınmasa, futbol agenti kimi işləmək fikrim var. Yalnız ondan sonra özümü tam olaraq bu sahəyə verəcəyəm. Hazırda transferlərlə bağlı məsələni heç bir klubla müzakirə etmirəm. Yalnız kimsə istəsə, ona futbolçu təklif edə bilərəm. Bəzi klublardan müraciət olub, lakin ad açıqlamaq istəmirəm".

Qeyd edək ki, Ceyhun Sultanov "Keşlə"də 2020/2021 mövsümünün ikinci yarısında çalışıb.

Mənbə: report.az