"Mançester Yunayted" "Atletiko" ilə danışıqlar aparır - Kimin üçün?

"Mançester Yunayted" "Atletiko" ilə danışıqlar aparır - Kimin üçün?

"Mançester Yunayted" "Atletiko"nun müdafiəçisi Kiran Trippyeranı heyətinə qatmaq istəyir.

Fanat.Az xəbər verir ki, bu barədə italyan jurnalist Nikolo Skira rəsmi tvitter hesabında yazıb.

O, tərəflər arasında artıq danışıqların başladığını bildirib.

"Qırmızı şeytanlar" 30 yaşlı futbolçu üçün 25 milyon avro təklif edir. Lakin Madrid klubunun rəhbərliyi Kiranın satışından 40 milyon avro qazanmaq niyyətindədir.

Qeyd edək ki, ingilis futbolçusunun "Atletiko" ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Röya

Mənbə: www.fanat.az